ABŞ-də prezidentlik yarışı qızışdığı bir vaxtda Donald Tramp milyarder iş adamı İlon Maska iş təklifi edib.
Gundem.az xəbər verir ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərinə hazırlaşan keçmiş prezident Donald Tramp seçiləcəyi təqdirdə İlon Maskı nazir təyin etməyə hazır olduğunu bildirib.
Pensilvaniya ştatında keçirilən seçkiqabağı tədbirində çıxış edən respublikaçıların namizədi Tramp “Tesla”nın sahibi, milyarder iş adamı Maskı, müşaviri və ya nazir təyin edə biləcəyini açıqlayıb. Tramp Mask haqqında "O, çox ağıllı və parlaq insandır" ifadəsini işlədib.
Demokratlar Partiyası və Prezident Co Baydeni sərt tənqidləri ilə tanınan İlon Mask keçən ay Trampı dəstəklədiyini açıqlamışdı. Mask sahib olduğu “X” platformasında Trampa cavab verib və “Mən vəzifəmə hazıram” deyə mesaj paylaşıb. Bu mesajı ekspertlər Maskın Trampın kabinetində nazir olmağa hazırlaşdığı kimi şərh ediblər. (Sfera.az)