AZ

Avropanın anbarlarına 100 milyarda yaxın qaz vurulub

Avqustun 19-da Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 306 milyon kubmetr qaz vurulub, onlardan 16 milyon kubmetr qaz götürülüb.

Musavat.com da "Gas Infrastructure Europe"nin (GIE) məlumatına istinadən xəbər verir ki, Avropanın qaz anbarları hazırda 90,02 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,03 faiz bəndi yüksək), onlarda 99,15 milyard kubmetr qaz var.

Avqustda külək enerjisinin Aİ elektrik enerjisi istehsalındakı payı 11 faizə düşüb.

İyul ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabr ayından bəri ən aşağı həddə çatıb, avqustda isə azalma tendensiyası davam edir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 32 faizi ilə yüklənib.

İyulda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 366 dollar təşkil edib, avqustda isə 436 dollara yüksəlib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
musavat.com

7Mənbələr