Avqustun 10-da Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 312 milyon kubmetr qaz vurulub, onlardan 32 milyon kubmetr qaz götürülüb.
Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatına istinadən xəbər verir ki, hazırda Avropanın anbarları 87,59 faiz qazla doludur. Bu, son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,11 faiz bəndi yüksəkdir. Anbarlarda 96,4 milyard kubmetr qaz var.
Avqustda külək enerjisinin Aİ elektrik enerjisi istehsalında payı 11 faizə düşüb.
İyul ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabr ayından bəri ən aşağı həddə çatıb, avqustda isə azalma tendensiyası davam edir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə daha da vurulması gücü maksimumun 29 faizi ilə yüklənib.
İyulda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 366 dollar təşkil edib. Avqustda isə 429 dollara yüksəlib.
Musavst.com