AZ

Mahir Emreli bu tarixdə komanda ilə məşqlərə başlayır

Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli sentyabrda komanda ilə məşqlərə başlayacaq.

 

Sportnet.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan millisinin hücumçusu sentyabrda, yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.

 

Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.

 

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib:

 

"Hələlik proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".

 

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.


Seçilən
38
13
sportnet.az

10Mənbələr