AZ

Mahir Emreli “Nürnberq”də komanda ilə məşqlərə nə vaxt başlayacaq?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubunda komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.

Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrda, yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.

Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib:

"Hələlik proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".

Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Seçilən
39
13
rekord.az

10Mənbələr