“Teleqram”ın yaradıcısı Pavel Durovun həbs müddəti 48 saat uzadılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, Fransa vətəndaşlığı olan Durov ölkədə axtarışda olanlar siyahısında olub.
Məlumata görə, onun 20 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Durov avqustun 24-də Azərbaycandan Fransaya uçarkən “Le Burje” hava limanında saxlanılıb.
Daşqın HəsənovMissiya.Az