Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb.
Bildirilib ki, hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzarəti altında qalmasına xitam verib.
O, məhkəmə zalından azad olunub.
Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.
O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.
Musavat.com