Hollandiyanın ikinci ən böyük hava limanı olan Eyndhoven hava limanında kompüter sistemlərində yaranan nasazlıq səbəbindən hava hərəkəti dayandırılıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bildirilib ki, Hollandiyada Müdafiə Nazirliyinin kompüter sistemlərində yaranan nasazlıq səbəbindən xidmətlərdə fasilə yaranıb.
Nasazlığın səbəbi hələ məlum olmasa da, ölkənin ikinci ən böyük hava limanı olan Eyndhoven hava limanında hava hərəkəti dayandırılıb. Hava limanından verilən açıqlamada yerli vaxtla saat 16:00-a qədər bütün uçuşların dayandırıldığı və indiyədək ən azı 14 reysin ləğv edildiyi bildirilib.
Açıqlamada bir reysin Amsterdamdakı Schiphol Hava Limanına, ən azı 3 reysin Eyndhovendən təxminən 90 kilometr uzaqlıqdakı Almaniyanın Weeze Hava Limanına, başqa bir uçuşun isə Belçikanın Brüssel Hava Limanına yönəldildiyi bildirilib.
Ölkənin fövqəladə hallar xidmətləri də çağırış xətlərinin işlədiyini, lakin siqnalizasiya və rabitə sistemlərində nasazlıq olduğunu açıqlayıb. Sahil Mühafizəsi rabitə şəbəkəsində də oxşar nasazlığın olduğunu açıqlayıb.
Hollandiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, nasazlıqdan nazirliyin İT şəbəkəsinə qoşulan bütün xidmətlər təsir edə bilər.
Kiberhücum ehtimalı ilə bağlı rəsmi açıqlama verilməyib.
Oksana