AZ

Azərbaycanda boşanan ailələrin uşaq sayı - Rəqəmlər açıqlandı

Azərbaycanda boşanan ailələrin uşaq sayı - Rəqəmlər açıqlandı




Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur.Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır?Modern.az saytı bu suala cavab tapmağa çalışıb.Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb.Boşanan ailələrin 9510-da uşaq dünyaya gəlməyib.Dağılan 4748 ailə bir uşaqlı olub. 7430 ailədə isə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə 12178 uşaqlı ailə deməkdir.2023-cü ildəki boşanmalar nəticəsində 21689 uşaq valideynlərdən biri ilə qalmağa məcbur olub.Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir.




Xəbərin oxunma sayı :
118

Seçilən
23
43
azfakt.com

10Mənbələr