AZ

Azərbaycanda ailələr daha çox iki uşaq sahibi olur

Azərbaycanda ailələr daha çox iki uşaq sahibi olmağa üstünlük verirlər.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin məlumatları sübut edir.

 

Belə ki, 2019-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ev təsərrüfatlarının sayı 1.3 milyondan çox olub.

 

Onların 557.8 mini iki uşaqlı, 423 mini bir uşaqlı, 256 mini üç uşaqlı, 110.4 mini dörd və daha çox uşaqlı ev təsərrüfatlarıdır.

Seçilən
32
6
modern.az

10Mənbələr