AZ

"Qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıb"

Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi böyük zəfər tarixə qızıl hərflərlə yazıldı.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşdə bildirib.

 

O qeyd edib ki, bu qələbə Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa göz yumanlara, həll yolu tapmaq istəməyənlərə ən gözəl cavab olub.

 

Nazir əlavə edib ki, qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıb:

 

"Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir".

 

Gülər vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir.

 

"Azərbaycanın gücü bizim, bizim gücümüz Azərbaycanın gücüdür. Bundan sonra da belə olacaq”, - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
26
modern.az

10Mənbələr