AZ

Durov ilk dəfə həbsindən danışdı: "4 gün sorğu-sual edildim"

"Telegram" platformasının həmtəsisçisi Pavel Durov ilk dəfə Fransada həbs edilməsindən söz açıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün teleqram kanalında paylaşım edib.

 

Durov Parisdə 4 gün sorğu-sual edildiyini bildirib. O, Fransa hakimiyyətinin “Telegram”dan cavab almadığı üçün sorğu-suala tutulduğunu qeyd edib.

 

Biznesmen sualların onun üçün təəccüblü olduğunu yazıb. Onun sözlərinə görə, “Telegram”ın Avropa İttifaqında (Aİ) rəsmi nümayəndəsi var və bu nümayəndəlik Aİ-nin müraciətlərini qəbul edir, onlara cavab verir.

 

“Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa Konsulluğuna tez-tez baş çəkirdim. Bir müddət əvvəl mən şəxsən onlara Fransada terror təhlükəsi ilə mübarizə aparmaq üçün “Telegram” ilə qaynar xətt yaratmağa kömək etdim”, - o qeyd edib.

 

Durov deyib ki, “Telegram” rəhbərliyi həmişə dialoqa açıqdır: “Telegram” məxfilik və təhlükəsizlik arasında düzgün balans barədə ölkə rəhbərliyi ilə razılaşa bilməyəndə platforma bu ölkəni tərk edir. Rusiya və İranda da belə idi”.

 

O, “Telegram”ın 950 milyon istifadəçiyə yüksəldiyini və buna görə təkmilləşdirmə işlərinin davam etdiyini deyib: "Biz artıq bu prosesə artıq daxildə başlamışıq və mən tezliklə inkişaflarla bağlı daha ətraflı məlumatı sizinlə paylaşacağam. Ümid edirəm ki, avqust hadisələri “Telegram”ın və bütün sosial şəbəkə sənayesinin daha təhlükəsiz və güclü olmasına səbəb olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
26
modern.az

10Mənbələr