AZ

“X” bu ölkədə bloklana bilər – Maska 24 saat vaxt verildi

“X” sosial şəbəkəsi Braziliyada bloklana bilər.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, Braziliya Ali Məhkəməsi şirkət rəhbərliyinə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib.

Bunun olmayacağı təqdirdə isə sosial media sözügedən ölkədə bloklanacaq.

Xatırladaq ki, Ali Məhkəmə “X”ın bölgə üzrə keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı ilə bağlı bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib. Mask məhkəmənin tələbini yerinə yetirməyib və “X”in Braziliyadakı ofisini bağlayıb.

Məlik,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
9
konkret.az

10Mənbələr