AZ

Ramsdeyl "Arsenal"ı bu kluba dəyişdi

"Arsenal"ın qapıçısı Aaron Ramsdeyl "Sauthempton"a keçib.

90deqiqe.Az “müqəddəslər”inmətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilə “4+1” illik müqavilə imzalanıb.

Sövdələşmənin başlanğıc qiyməti 18 milyon funt-sterlinq olsa da, "Arsenal" "Sauthempton"un və oyunçunun özünün performansından asılı olaraq gələcəkdə 7 milyona qədər daha çox ala biləcək..

Ramsdeyl 2021-ci ildən "Arsenal"ı təmsil edir. Ötən mövsüm qapıçı London klubunun heyətində 11 oyun keçirib, 12 qol buraxıb və 3 dəfə qapısını təmiz saxlayıb. O, daha əvvəl “Şeffild Yunayted”, “Bornmut”, “Uimbldon” və “Çesterfild” klublarında da çıxış edib. Sauthempton 2024/2025 mövsümünün əvvəlində iki məğlubiyyət alıb və Premyer Liqa turnir cədvəlində 16-cı yerdədir.

Seçilən
74
7
90deqiqe.az

6Mənbələr