AZ

“Arsenal”ın qapıçısı Premyer Liqanın digər klubuna keçdi

İngiltərənin “Sauthempton” klubu Premyer Liqanın digər təmsilçisi “Arsenal”ın qapıçısı Aaron Ramsdeyli transfer edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Tərəflər sonradan bu müddəti daha bir mövsüm uzatmaq imkanına malikdir.

2021-ci ildən “Arsenal”ın formasını geyinən Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.

Seçilən
90
3
futbolinfo.az

6Mənbələr