AZ

Arxeoloqların fikrincə, onların kəşfi Aralıq dənizinin insan məskəni mənzərəsindəki boşluqları doldurmağa kömək edəcək.

Cənubi Florida Universitetinin amerikalı arxeoloqları Aralıq dənizində İspaniyanın Mayorka adasında su basmış mağarada qədim daş körpü aşkarlarlayıblar. Tapıntı bu ərazilərdə insan məskunlaşmasının nə vaxt başlandığını aydınlaşdırmağa kömək edib. 

Genovis adlandırılan mağarada aşkarlanan körpünün uzunluğu altı metrdən çoxdur. Alimlərin fikrincə, bu kəşf onu göstərir ki, ərazidə məskunlaşan insanların yeraltı su ehtiyatlarından məlumatlı olublar və onlardan istifadə etmək üçün infrastruktur yaradıblar. Qeyd edək ki, Mayorka Aralıq dənizində altıncı ən böyük adadır. 

İlk araşdırmalara görə, Mayorka sahillərində məskunlaşma 9 min il əvvəl baş verib. Lakin bu fərziyyəni təsdiqləyən etibarlı sübut tapılmayıb. Tədqiqatçılar kömür, kül və sümüklərdən istifadə edərək belə bir fikir irəli sürüblər ki, adada ilk məskunlaşma təqribən 4 min il əvvəl başlanıb. İndisə körpüdəki mineral və boya izlərini təhlil edən elm adamları müəyyənləşdiriblər ki, konstruksiya 6 min il əvvəl tikilib. 

Arxeoloqların fikrincə, körpünün aşkarlanması Aralıq dənizinin insan məskəni ilə bağlı ümumi təsəvvürdəki boşluğu doldurmağa kömək edəcək.

S.ELAY

XQ

Seçilən
234
32
xalqqazeti.az

10Mənbələr