AZ

Alimlər insan beynində mikroplastiklər aşkar ediblər

...Alimlər müasir insan beyninin 0,5 faiz mikroplastikdən ibarət olduğunu aşkar ediblər və gələcəkdə bu rəqəmin daha da artacağına əmindirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə The Hill yazır.

Məqalədə deyilir ki, tədqiqat beyində kiçik plastiklərin qaraciyər və ya böyrəklərə nisbətən daha yüksək konsentrasiyasını aşkar edib. Müəyyən edilib ki, bütün orqanlarda plastikin miqdarı zamanla xeyli artır.

Belə ki, 2024-cü ildə ölümdən sonra aparılan yarılma zamanı 45-50 yaşlı insanların beynində hər qramda 4,8 min mikroqram konsentrasiyada plastik hissəciklər aşkar edilib ki, bu da 2016-cı ildə beyin nümunələrində aşkar ediləndən 50 faiz çoxdur.

Alimlərin fikrincə, insan orqanizmində mikroplastikin miqdarı əsasən qidalanma və yaşayış yerindən asılıdır. Bununla belə, dünyada heç bir insan plastikin daxili orqanlara nüfuz etməsindən qaça bilməz.

Bu yaxınlarda Cerebral Cortex jurnalı Finlandiyanın Aalto Universitetinin alimlərinin beynin sevgiyə cavabdeh olan sahəsini kəşf etdiklərini yazıb. Məlum olub ki, hiss başın arxa tərəflərindəki bazal qanqliyadan, orta frontal sulkusdan, precuneusdan (parietal lobun bölgəsi) və temporoparietal gangliondan yaranır. Ən parlaq parıltılar valideynlər övladlarına olan sevgiləri haqqında düşünəndə fərq edilib.

Eyni zamanda, beyin fəaliyyəti sevgi obyektinin yaxınlığından deyil, onun növündən asılı idi. Beləliklə, yad insanlara olan hisslər, yaxın insanlarla ssenarilər təsəvvür etməkdən daha az tərəddüd yaratdı.

Nazlı Almuradova

Seçilən
180
32
sia.az

10Mənbələr