AZ

Ata ət yedizdirmək istəyənlərin seçkiyə münasibətinin nə dəyəri ola bilər

Ata ət, itə ot yedizdirmək niyyətinin absurdluğunda ilişib qalan ATƏT və onun təsisatları Azərbaycanın hər addımını güdməklə "mən də varam" görüntüsü yaratmağa çalışır.

Lent.az-ın yazdığına görə, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır.

Hesabat "copy paste" üsulu ilə hazırlanıb. Seçki dairələrində və məntəqələrində monitorinqlər aparmayan, araçdırma işi görməyən ATƏT nümayəndələri imzaladıqları hesabatda seçkidən başqa hər şeydən danışıblar. Məhz danışıblar, yazmaq belə olmur. Korların karlara verdiyi məlumatı onların yanından ötəndə eşidib aləmə car çəkənlərin dilindən hazırlanan hesabat seçki mühitini və gününü analiz etmək əvəzinə ölkəmizə qarşı taftaloji xarakterli hücumlara keçiblər.

Seçkidə pozuntulara yol verənlər təbii ki, cəzalanacaqlar, nəticələri ləğv edilən məntəqələr, dairələr də ola bilər. Amma bu qərarlar ata ət, itə ot yedizdirmək istəyinin burulğanında batmaqda olan ATƏT-in münasibətinin deyil, məhz seçki demokratiyasının tələbinə uyğun veriləcək. Azərbaycan qalibiyyət adına yaraşan həyat tərzini tam quracaq, bu quruluşdasa dövlətin daxilində daim hərc-mərclik yaşanmasına çalışan beynəlxalq aləmin məkrli qüvvələrinin zərrə də rolu olmayacaq. 

Ceyhun Musaoğlu 

Seçilən
128
1
missiya.az

10Mənbələr