AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - çətin və qarışıq gündür. Hadisələr gözlənilən istiqamətdə və məcrada inkişaf etmir. Köhnə problemlər yenidən bumeranq kimi qayıdır. Mənəvi cəhətdən hələ hazır olmadığınız qərarı qəbul etməli olacaqsınız. Əhvalınız dəyişə bilər. Gərginliklər və həyəcanlar istisna deyil.

Buğa - pis gün deyil. Olayları soyuqqanlı və obyektiv dəyərləndirin. Emosiyalara qapılmayın, illüziyalardan qurtulun. Köhnə dostlarla bahəm, yeni tanışların məsləhətlərindən yararlanın. Hətta işə dəxli olmayan təsadüfi ifadə belə irəliləyişdə təkan ola bilər.

Əkizlər - tənbəllik və süstlük etməyin. Başladığınız işi nəyin bahasına olursa-olsun, başa vurun. Çətin, amma mühüm işi uğurla sonuclandırın. Maliyyə məsələlərini həll etmək olar. Az və müfəssəl olmayan informasiyadan da bəhrələnin.

Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Yaranmış şəraitdən normal faydalanmağa çalışın. Çətin, qarışıq işlərin öhdəsindən gəlmək üçün aktiv olun. Başqalarının bacarmadıqları, qarşısından geri çəkildikləri işi sonuclandırın. Yeni müttəfiqlər olacaq və onlar sizə yardım edəcəklər.

Şir - ötən həftənin sonlarında yaranan xoşagəlməz işlər və problemlərin fəsadları hələ də aradan qalxmayıb. Orijinal, qeyri-adi ideyalar effektiv ola bilər. Təcrübəli insanların məsləhətləri və formalaşmış ənənələrə zidd çıxmağa risk etmək olar. Riski zəruri sayırsınızsa, konkret addım atmazdan əvvəl yaxşıca düşünün.

Qız - uzunmüddətli layihələrə xüsusi diqqət yetirin. Şəxsi münasibətlərdəki sərinliyi və ya yol verilmiş səhvi aradan qaldırın. Ciddi yanlışlıqlara yol verməyin.

Tərəzi - işdə mümkün qədər ehtiyatlı olun. Bu gün yol verilən səhvlərin fəsadları hələ uzun müddət sizin üçün önəmli işlərə təsir edə bilər. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləri normallaşdırın. Maliyyə baxımından əlverişli gündür.

Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Bir zamanlar yardım etdiyiniz insanlar sizinlə təmas quracaqlar. Onlarla tərəfdaşlıqdan faydalanmaq olar. Danışıqlar məhsuldar keçəcək. Peşəkar fəaliyyətlə bağlı maraqlı, qeyri-adi təklif ala bilərsiniz.

Oxatan - emosional fon əlverişli deyil. Ruhdan düşməyin, bədbinləşməyin. Yaşanan olayları, cərəyan edən prosesləri diqqətlə müşahidə edin. Durumu anlamağa çalışın. Sizə təsir edən hadisənin mahiyyətini anlamağa cəhd göstərin.

Oğlaq - nöqsanlardan xali olmayan gündür. Lakin yaxşı məqamlar da var. Qeyri-adi situasiyada özünüzü göstərin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlarla bahəm, nüfuzlu şəxsin rəğbətini qazanmağa çalışın. Çətinliyə düşmüş insana yardım edin və bunun müqabilində mükafat, minnətdarlıq gözləməyin.

Dolça - bütün diqqəti işə yönəldin. Fikriniz dağınıq olmasa, önəmli saydığınız işlərdə nailiyyət əldə etmək üçün sayıq olun. Dəvət aldığınız tədbirə qatılın. Peşəkar maraq və fəaliyyət sahənizi bölüşən insanlarla aktiv təmasda olun.

Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Lakin kiçik problemlərin miqyasını böyütsəniz, özünüz üçün yeni çətinliklər yaradacaqsınız. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti mühüm işə yönəldin. Bütün yeniliklər və dəyişikliklər işlərdə irəliləyişlərlə sonuclana bilər.

Milli.Az

Seçilən
240
36
mia.az

10Mənbələr