AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - yaxa qurtarmaq istədiyiniz yorucu, cansıxıcı işlər bu günün əksər hissəsini təşkil edəcək. Bu işlərə ilk əvvəl ciddi yanaşsanız da, bir qədər sonra diqqətsiz ola bilərsiniz. Belədə səhvləri sıralamayın.

Buğa - pis gün deyil. Planlarınızdan imtina etməyin. Seçdiyiniz istiqamətdə hərəkət edin. Yaxın ətrafınızdakı insanlar sizə istiqamət dəyişdirməyi təkidlə məsləhət bilsələr də, fikrinizi dəyişdirməyin. İşlərdə uğurlar o qədər böyük deyil. İstirahət və ya əyləncəni unudun.

Əkizlər - gün uğursuz başlayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşacaq. Durum daha maraqlı olacaq. Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Kimisə yetərincə dəyərləndirməməyiniz, yanlış mühakimə yürütməyiniz istisna deyil. Sizə olan münasibəti dəyişə bilərsiniz.

Xərçəng - əlverişli gündür. Müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində süstlük etməyin, ətalətli davranmayın. Maraqlandığınız işlərlə məşğul olun. Gəlirlər olacaq. Alış-veriş və sərmayə üçün münasib zamandır.

Şir - bütün çətinlikləri sürətlə dəf etmək mümkün deyil. Nikbin olun, pərişanlığa qapılmayın. Yeniliklərə az qalıb. Diqqətiniz xırda məsələlərə yayınmasın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdırsın.

Qız - səfərlər və ya səyahətlər üçün əlverişli zamandır. Yaşam arealını dəyişin, dünyagörüşünüzü və ünsiyyət çevrənizi genişləndirin. İlk baxışdan faydalı olmayan, amma maraqlı məlumatlar nə qədər çox olarsa, işlərdə irəliləyişlər bir o qədər ciddi olacaq.

Tərəzi - çoxdan bəri həll etməyə çalışdığınız problemi yenə də çözə bilməyəcəksiniz. Yeni aldığınız informasiya yanlış yolda olduğunuzu göstərəcək. Uğura ümidləriniz tükənməsin. Gözləmədiyiniz, ağlınıza gətirmədiyiniz yardımı alacaqsınız.

Əqrəb - sakit, rəvan gündür. Ötən həftə başladığınız önəmli işi başa vurun. Müstəqil çalışırdınızsa, indi kömək ala bilərsiniz. Rəğbət bəsləmədiyiniz insana üz tutmaq zərurəti yarana bilər.

Oxatan - maraqlı ideyalar zamanıdır. Həmin ideyaların bəzilərini ən yaxın vaxtlarda reallaşdıra bilərsiniz. Situasiyanı təhlil edin. Ən kiçik detalları, ilk baxışdan mənasız təfərrüatları nəzərə alın. İşlə bağlı ciddi məsələləri müzakirə edə bilərsiniz.

Oğlaq - günün ilk yarısında cəsarətli planlarınızdan birini reallaşdıra bilərsiniz. Müttəfiq və ya tərəfdaş axtarışlarına vaxt sərf etməyin. Müstəqil fəaliyyət göstərin. Belədə uğura nail olmaq şansları daha çoxdur.

Dolça - işdə münaqişələrə qarışmamaq, ixtilafların səbəbkarı olmamaq üçün maksimum səy göstərin. Problemlər həll olunmazsa onların uzunmüddətli, xoşagəlməz fəsadları ola bilər. Güclü və nüfuzlu rəqiblərlə mübarizəyə başlamayın.

Balıqlar - mühüm saydığınız işlərdə tərəqqiyə, inkişafa nail olun. Aldığınız informasiya məqsədə çatmaqda yardımçınız olacaq. Ciddi problemin həllində sizə yardımçı olacaq insanla qarşılaşa bilərsiniz. Maliyyə fonu pis deyil.

Milli.Az

Seçilən
185
36
mia.az

10Mənbələr