AZ

Monqolustanda Putinin həbsi: Prezidentin sözçüsü danışdı

Vladimir Putinin səfəri ərəfəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxa müraciət etməsi barədə məlumat yalandır.

Yenisabah.az xəbər verir ki, bu barədə Monqolustan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Ulziybayarın Zolbayar xüsusi brifinqdə danışıb.

“Rusiya prezidentinin sentyabrın 3-də ölkəmizə gözlənilən səfəri ilə bağlı BCM-nin Monqolustan prezidentinə bəyanat və çağırışlar göndərdiyi barədə məlumat rəsmi mənbədən deyil, o, yalan və faktların təhrifidir”, - deyə o vurğulayıb. vakansiya 2023

Sözçü ictimaiyyətdən istənilən informasiyaya ehtiyatla yanaşmağı, onun düzgünlüyünü yoxlamağı və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edib.

“Sosial şəbəkələrdə belə yalan və çaşdırıcı məlumatlar bilərəkdən yayılır”, - deyə Zolbayar vurğulayıb.


Telegram kanalımız
Seçilən
153
18
yenisabah.az

8Mənbələr