AZ

Yerə nəhəng asteroid yaxınlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 2-də "194 Prokne" asteroidi Yerə ən yaxın məsafədə olacaq və maksimal parlaqlığa çatacaq.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a bildirilib.
Belə ki, sentyabrın 2-də saat 23:10-da "194 Prokne" asteroidi qarşıdurmada olacaq. Bu zaman o, səmada Günəşlə birbaşa qarşı-qarşıya olan bir nöqtəyə yaxınlaşacaq. Obyekt, Yer və Günəş bir xətt üzrə düzüləcək. Bu, Günəş sistemi cisimlərinin müşahidəsi üçün ən əlverişli vəziyyətdir. Günəş üfüqün altında ən böyük məsafəyə gecəyarısı çatdığı üçün onun qarşısındakı nöqtə eyni zamanda səmada ən yüksəkdə olacaq. "194 Prokne" asteroidi gecənin çox hissəsini üfüqdən xeyli yuxarıda, Dolça bürcündə olacaq və yerli vaxtla gecəyarısı saat 00:44-də səmada ən yüksək nöqtəsinə (üfüqdən 41 dərəcə hündürlükdə) çatacaq. Bu, Bakıda saat 21:18-04:10 arası müşahidə olunacaq. "194 Prokne" qarşıdurmada olduğu vaxt Yerə ən yaxın 1.006 AV məsafədə olacaq və maksimal parlaqlığa çatacaq. Adi gözlə müşahidəsi mümkün olmasa da, bu, astronomik müşahidələr üçün çox əlverişlidir.
"194 Prokne" asteroidi səthi ən sadə karbon birləşmələrindən ibarət olan ən böyük əsas kəmər asteroidlərindən biridir. Bu asteroid 1879-cu il martın 21-də almanəsilli amerikalı astronom Kristian Peters tərəfindən kəşf edilib.
Seçilən
193
43
oxu.az

10Mənbələr