AZ

Polkovnik Samir Həziyev barədə yeni qərar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin həbsdə saxlama müddəti uzadılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Qərara əsasən, polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, o, itkin düşdükdən sonra qətlə yetirilmiş halda tapılan əsgər Ceyhun Tofiq oğlu Hüseynovun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.
İttihama görə, komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Seçilən
295
50
oxu.az

10Mənbələr