AZ

Paşinyan Azərbaycanla sərhəddə: "Burada yaşamaq indi çox rahatdır"

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.

O, Kirants sakinləri ilə görüşüb, bəzi açıqlamalar verib. Paşinyanın sərhəddə verdiyi açıqlamalar diqqət çəkib.

O, bildirib ki, Kirants, Azərbaycanla sərhəd indi həmişəkindən daha təhlükəsizdir: “Məsuliyyətlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbə getmək heç vaxt indiki kimi təhlükəsiz olmayıb, Kirantsda yaşamaq heç vaxt indiki qədər təhlükəsiz olmayıb”.

O əlavə edib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması, qonşu Azərbaycan kəndində də məktəbə getməyin təhlükəsiz olması deməkdir: "Burada olan təhlükəsizlik, oradakı təhlükəsizliklə eynidir. Artıq hər iki tərəfdə yaşayan insanlar rahat çəkildə həyatlarına davam edə bilərlər".

Bundan əlavə, baş nazir Kirantsdakı delimitasiya prosesini Ermənistan dövləti üçün “böyük uğur” adlandırıb.

 

Musavat.com

Seçilən
130
50
musavat.com

10Mənbələr