Ermənistan Parlamentinin “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan sərhəd demarkasiyası komissiyalarının iclasında çıxış edib.
Adalet.az xəbər verir ki, deputat Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransı çərçivəsində bir sıra tezislərə etirazını bildirib. Xüsusən baş nazirin Azərbaycanla sərhədnin cəmi 40-50 metrliyində
yerləşən Kirants kəndinə gəlmək və burada məktəbin açılışında iştirak etmək tamamilə təhlükəsizdir” adlandırması deputatı dəli edib.
Buna cavab olaraq Xaçaturyan çıxışı zamanı Paşinyanı tənqid məqsədi ilə ilə bu sözləri deyib:
“Sərhəd məktəbdən bir neçə metr aralıdadır və Paşinyan gedir, deyir ki, heç vaxt bu qədər təhlükəsiz olmayıb. Onun məntiqini rəhbər tutmaq çox gülüncdür. Necə yəni, türklər nə qədər yaxın olsa, bir o qədər yaxşıdır? Daha keçib, sərhədi İrəvandan keçirin, görün nə qədər təhlükəsiz olacaq”.
Qeyd edək ki, , Kirantsadakı delimitasiya prosesini Ermənistan üçün böyük uğur adlandıran Paşinyan maraqlı çıxışı ilə ermənilərin qəzəbinə tuş gəlib.O deyib:
“Müstəqil Ermənistanın tarixində Kirantsda məktəbə getmək heç vaxt indiki qədər təhlükəsiz olmayıb. Bu, o deməkdir ki, Azərbaycanın Xeyrimli kəndində də eyni təhlükəsizlik hökm sürür. Sərhədimizin harada başladığını və bitdiyini bilməyəndə dövlətimizin varlığı sual altına düşür. Kirantsdakı yeni məktəb kəndin dirçəlişini göstərən ən mühüm simvoldur”.
P.S. Düzdür, erməni deputatın qəzəblənmiş halda dediyi cümləyə ürəkdən gülsəm də, gözəl ideya verdiyini də düşünürəm... Xeyirlisi, inşallah! O da olar....
Əntiqə Rəşid