AZ

Azərbaycanda metal şirkəti zərərdən - MƏNFƏƏTƏ KEÇİB - HESABAT

"Universal Metal" QSC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir şirkət ötən il əsas əməliyyatlar üzrə 4 milyon 660 min manat gəlir əldə edib, satış üzrə maya xərci isə 4 milyon 407 min manat olub. İllik müqayisədə 2 milyon 569 min manat (2,2 dəfə), maya xərci isə 1 milyon 671 min manat (61,1%) artım baş verib.

Gəlirlərin xərcləri üstələməsi fonunda şirkətə 253,3 min manat ümumi mənfəət qalıb. Halbuki, 2022-ci ildə xərclərin gəlirləri üstələməsi fonunda 645 min manatlıq zərər edilmişdi.

Bu dövrdə şirkətin inzibati xərcləri 22,6 min manat, başqa sözlə 36% artaraq 85,3 min manata yüksəlib.

Bu da 2022-ci ildəki 707,7 min manatlıq əməliyyat zərərinin 168 min manatlıq mənfəətlə əvəz olunması deməkdir.

10,8 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Universal Metal" QSC 2023-cü ili 156,6 min manatlıq xalis mənfəətlə tamamlayıb. 2022-ci ildə isə 708,1 min manat zərər etmişdi.

"Universal Metal" QSC 2023-cü ildə 427,3 min manat cəmi aktivlərə malik olub. Akitvlər son bir il ərzində 214,7 min manat və ya 2 dəfə artıb.

Öhdəliklər isə 58,1 min manat və ya 6,9% artaraq 903,1 min manata yüksəlib.

Şirkətin mənfiyə düşmüş balans kapitalında 156,6 min manat, başqa sözlə 24,8% azalma baş verib və -475,8 min manat təşkil edib.

image

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
fed.az

10Mənbələr