AZ

Azərbaycanın pomidor istehsalçısı kapitalından 1,3 milyon manat - GERİ GÖTÜRÜB

Azərbaycan pomidor istehsalı ilə məşğul olan olan “Agroterm” MMC nizamnamə kapitalını azaldıb.

FED.az xəbər verir ki,  şirkətin nizamnamə kapitalından 1 milyon 350 min manat geri götürülüb.

Cəmiyyətin nizamnamə kapitalı 23 712 455 manat məbləğdən azaldılaraq 22 362 455 manat müəyyən edilib.

Qeyd edək ki, “Agroterm” MMC 14 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Elmar Əliyevdir.  Şirkət Xızı rayonunda fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
fed.az

10Mənbələr