Ukrayna prezidenti Vladimir Zelenski sonuncu dəfə ABŞ-dan Rusiya ərazisinin dərinliklərində yerləşən hədəflərə uzaqmənzilli silahlarla zərbələr endirmək üçün razılıq almağa çalışacaq. Bu barədə The Economist yazır.
Məqalədə deyilir ki, Zelenski bu həftə Nyu-Yorkda ABŞ prezidenti Co Baydenə müraciət edəcək. Ağ Ev rəhbəri Ukrayna liderinin xahişini təsdiqləməsə, o, bu məsələyə baxacaq növbəti administrasiyaya təqdim edəcək.
Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki , Kiyev Rusiya ərazisinin dərinliklərinə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün Qərb ölkələrinin razılığını almağı gözləyir.
O qeyd edib ki, Ukrayna eksklüziv olaraq qanuni hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır.
Söhbət Rusiyanın hərbi aerodromlarından gedir.
Rusiya ilə Ukrayna arasında münaqişə 2021-ci ilin fevralından bugünə qədər davam edir.
Gülnar
www.anews.az