Çinin şimal-şərqindəki Şandunq əyalətində idarəetmədən çıxan məktəb avtobusunun orta məktəbin qarşısında gözləyən şagirdlər və valideynlərin üzərinə çırpılması nəticəsində 11 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Donpinq əyalətində idarəetmədən çıxan məktəb avtobusu lisey qarşısında gözləyən şagirdləri və valideynləri vurub. Qəzada 11 nəfər ölüb, 24 nəfər yaralanıb.
Yerli polis bölməsindən verilən açıqlamada həyatını itirənlərdən 5-nin tələbə, 6-nın isə valideyn olduğu bildirilib. Xəstəxanalara sövq edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib. Qeyd edilib ki, hadisəni törədən sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.