Yəmənin cənubundakı Lahc əyalətində sərnişin avtobusunun dağdan aşması nəticəsində azı 14 nəfər həlak olub. SİA bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Qəza Makatra bölgəsində Ədən və Taiz əyalətlərini birləşdirən təhlükəli yolda baş verib. İlkin versiyaya görə, sürücü əyləc nasazlığı səbəbindən idarəetməni itirib, bundan sonra içərisində 16 nəfərin olduğu avtomobil dağdan aşıb.
“Yemen Monitor”un məlumatına görə, 16 sərnişindən heç biri qəzadan sağ çıxmayıb. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.