Qoç - risk və avantüralara qatılmayın. Macəra arayışları üçün əlverişli gün deyil. Ehtiyatlı olun, fəaliyyətinizdə detallara diqqət yetirin. Sizin üçün önəmli biznes-layihə ilə bağlı məlumat əldə edə bilərsiniz. Alınan məlumatlar qarışıqdır. Durumu aydınlaşdırın. Təhlilləri ertələməyin.
Buğa - ötən həftənin sonlarında qurduğunuz planlardan imtina etməyin, onları həyata keçirməyə çalışın. Şərait ağır, şərtlər çətin olsa da, niyyətinizi gerçəkləşdirməyə can atın. İndiyədək sizdən uzaq duran və işlərinizə maneələr yaradan insandan yardım ala bilərsiniz.
Əkizlər - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməlisiniz. Az, yetərli olmayan məlumat əldə etsəniz belə, dayanmayın. İrəliləyin, hərəkətdə olun. Kommersiya və ya bizneslə məşğul olanlar üçün yaxşı zamandır. Uzunmüddətli, sərfəli anlaşmalara nail olmaq mümkündür.
Xərçəng - gün pis keçmir. Problemləri vaxtında həll etməyə çalışın. Dürüst qərarlar qəbul edin. Etibar etdiyiniz insanlarla çalışın. Bədxah və rəqiblərə sizi tələyə salmalarına imkan verməyin.
Fəaliyyət sahəsinin dəyişməsi və ya yeni iş yeri ilə bağlı maraqlı təklif ala bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla ünsiyyət saxlayın. Hər ikiniz üçün mühüm məsələləri müzakirə edin.
Şir - səbrli, soyuqqanlı olun. Sürətli, tez qələbələrin olacağına bel bağlamayın. Sizi narahat edən suallara yalnız bir neçə gün sonra cavab ala biləcəksiniz. Maraqlarınızı qətiyyətlə müdafiə edin.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Yaxşı tanımadığınız insanlara etibar etməsəniz, işlər pis alınmayacaq. Ünsiyyətdə diqqətli və sərvaxt olun. Ətrafınızdakı insanlarla dil tapmağa çalışın.
Tərəzi - qarışıq, laübəli gündür. Ciddi çətinliklər yaranır. Ünsiyyət müstəvisində gərgin anlar yaşanacaq. Rəğbət bəsləmədiyiniz insanlarla birlikdə işləməli olacaqsınız.
Əqrəb - ağır və yorucu işdən çəkinməsəniz, uğur qazana bilərsiniz. Bəli, bu gün məqsədə çatmaq üçün çox çalışmalı olacaqsınız. Amma buna dəyər. Əvvəla, işinizə görə mükafat və ya ödəniş pis olmayacaq. Eyni zamanda yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Həmin məqam hələ çox karınıza gələcək.
Oxatan - iş üçün əlverişli zamandır. Sizi mürəkkəb və mühüm işlər gözləyir. Yaranan problemlərin öhdəsindən gəlmək üçün aktiv olun. Süstlük və tənbəlliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin.
Oğlaq - tələskənliyə yol verməyin, düşünülməmiş qərarlar qəbul etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün maksimum səy göstərin. Əvvəllər başlamış işləri başa vurun. Yarımçıq iş saxlamayın.
Dolça - mübahisələrə qarışmayın. Aşkar qarşıdurmalarda iştirak etməyin, ixtilaflara qatılmayın. Nə qədər soyuqqanlı və təmkinli olsanız, işlərinizdə bir o qədər uğur qazana bilərsiniz.
Balıqlar - gün o qədər məhsuldar olmasa da, pis deyil. Maraqlı görüşlər, bundan sonrakı yaşamınızda müəyyən rol oynaya biləcək insanlarla tanışlıqlar istisna deyil.
Milli.Az