AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli təxirə salmayın. Yaxın ətrafınızdakı insanların qayğısına qalın, amma öz maraqlarınızı da unutmayın.

Buğa - maraqlı gündür. İndiyədək aşkarlamadığınız bacarıqlarınızı nümayiş etdirin və onlardan effektiv şəkildə yararlanın. Hisslərinizi ayrıd edin. Yaxın ətrafınızdakı insanlar barədə nə düşündüyünüzü konkretləşdirin.

Əkizlər - məsuliyyətli yanaşma tələb edən işlərdə uğura nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində izafi diqqət tələb edən işlər var. Bütün diqqətinizi bu işlərə yönəldin. Rəqibləri üstələrəyək ciddi uğur qazanmaq, məqsədlərə çatmaq olar.

Xərçəng- qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, mümkündür. Qətiyyətli və iradəli olun, yolunuzdakı maneələri aradan qaldırın. Dürüst qərarlar vermək asan olmayacaq. Problemdən çıxış yolu tapmaq üçün baş sındırmalı olacaqsınız

Şir - günün ilk yarısı uğurlu olacaq. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Rəğbət bəslədiyiniz insanla normal münasibətlər qurun. Yeni tanışlıq maraqlı və effektiv ola bilər.

Qız - sakit və rəvan gündür. Gerçəkdən də, maraqlı saydığınız işlərlə məşğul olun. Yeni maraqlar, ideyalar və hobbilər formalaşa bilər. Gəlir mənbələrinin sayını artırmaq imkanını əldən verməyin. Yeni nə isə öyrənə bilərsiniz.

Tərəzi - əsas diqqəti işə yönəldin. Dincəlmək, istirahət etmək, əylənmək zamanı deyil. Maraqlı saydığınız işlə məşğul olun.

Əqrəb - adi günlərdən fərqli olaraq yaxınlarınız işlərinizə daha çox qarışacaqlar. Situasiya sizi narahat edir, qıcıqlandırır. Emosiyaların təsiri altına düşməyin. Sayıq, təmkinli və soyuqqanlı olun. Hisslərinizin əsirinə çevrilməyin. Romantik etiraflar üçün əlverişli zaman deyil.

Oxatan - tənbəllik etməyib süstlüyə qapılmasanız, parlaq və uğurlu gün olacaq. Maraqlı işlər nə qədər çox alınarsa, məqsədə doğru o qədər sürətlə irəliləyəcəksiniz. Ətalət əhvalınıza və səhhətinizə pis təsir edə bilər.

Oğlaq - çətin, laübəli gündür. Az sonra situasiya dəyişəcək. Müsbət təmayüllərin təsiri güclənəcək. Səbrli və təmkinli olun. Mühüm məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli gündür. Risk etməyin, təsadüfə bel bağlamayın. Ehtiyat və sayıqlıq ən yaxşı müttəfiqləriniz ola bilər.

Dolça - kiçik anlaşılmazlıqlar, uğursuz təsadüflər və önəmsiz olaylar sizi qıcıqlandıracaq. Maddi durumunuz və rifahınız üçün ciddi təhdid yoxdur. Əsas məsələ sakit, soyuqqanlı olmağınızdır. Təşvişə düşməyin, emosiyaların təsiri altında yanlışlıqlara yol verməyin.

Balıqlar - gərgin, ziddiyyətli, amma çox maraqlı gündür. İntuisiyanıza güvənin, təhtəlşüurunuza etibar edin. Etibar ediləsi insanlarla uzaq durmağınız məsləhət olan adamları müəyyənləşdirməyə çalışın. Bu və digər insan barədə niyə məhz elə düşündüyünüzü özünüzə izah edə bilmirsiniz. Amma qənaətləriniz yanlış və səthi deyil.

Milli.Az

Seçilən
166
34
mia.az

10Mənbələr