AZ

“Tarixdə bu gün” - 4 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

4 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

4 Sentyabr Ümumdünya Leykemiya ilə Mübarizə Günüdür:

 

Leykemiya sümük iliyi  xərçənginə aid olub, leykosit adlanan ağ qan hüceyrələrinin artması və ya azalması ilə xarakterizə olunur. 

 

Leykemiyaya hər yaşda təsadüf olunur. Ən çox 2-5 yaş arasında olan uşaqlarda müşahidə edilir.

 

Uşaq yaşlı leykemiya xəstələrində beynəlxalq kimyəvi terapiya protokolları ilə müalicədən sonra 85% uğurlu nəticə əldə olunur. Müalicəyə cavab alına bilməyən və bəzi istisna hallarda sümük iliyi transplantasiyasina ehtiyac duyulur.

 

4 sentyabr 1998-ci ildə "Google" şirkətinin əsası qoyulub:

 

“Google”un tarixi 1996-cı ilin yanvarından başlayır. Həmin il Kaliforniyadakı Stenford Universitetinin doktoranturasında təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində axtarış saytı hazırlanıb.

 

4 sentyabr 1992-ci ildə Azərbaycan baş leytenantı,Milli Qəhrəman Fəxrəddin Nəcəfov şəhid olub. 

 

4 sentyabr 2003-cü ildə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə vəfat edib:

 

Əzizə xanım tarixi mövzuda yazılmış bir sıra əsərlərin müəllifidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
16
azedu.az

10Mənbələr