AZ

Həkimləri şantaj edən “Dünya Kriminalı” qəzetinin əməkdaşı hökmdən şikayətçidir

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vüqar Musayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman İsayevin sədrliyi ilə araşdırılır.  

 

Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. 

 

İttihama görə, Vüqar Musayev  “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə Zaqatala və Şəki rayonları ərazisində bir neçə vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul tələb edib. Onların sırasında Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin sabiq müavini Səxavət Cavadov, Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi və Zaqataladakı sahibkarlar olub. 
 

Qeyd: Vüqar Musayev barəsində daha əvvəl Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılmışdı.

 

Kamal Məmmədov

 

Tarix: 4 Sentyabr 2024, 09:12   
Seçilən
212
14
pravda.az

10Mənbələr