AZ

"MİR" avtosalonun sahibi kassasiya şikayəti verdi

Bakıda dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədova barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə keçiriləcək prosesdə sentyabrın 11-nə təyin edilib.

 

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və ona 7 il həbs cəzası verilib.
 

İttihama görə, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.

 

Qeyd: Mətbuatda yayılan məlumata görə, 2021-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.

 

Kamal Məmmədov

Tarix: 9 Sentyabr 2024, 08:20   
Seçilən
169
13
pravda.az

10Mənbələr