AZ

İran gəmisi batıb

Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batdığı, qayıqda olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığı bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, İranın yarırəsmi “Mehr” xəbər agentliyinin məlumatına görə, Limanlar və Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi və Mühafizəsi üzrə baş direktoru Nasir Pesende İranın “Ara Bəhter Yek” adlı yük gəmisinin Küveytin ərazi sularında batdığını açıqlayıb. 

Hadisənin sentyabrın 1-də baş verdiyini bildirən Pesende xəbəri alan kimi Küveyt Dəniz Axtarış və Xilasetmə Əməliyyat Mərkəzi ilə əlaqə saxladıqlarını və axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib. Pesende qayıqda İran və Hindistan vətəndaşı olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığını, digər 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. İran rəsmisi hadisə ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
cebheinfo.az

10Mənbələr