AZ

ABŞ senatoru İran hökumətinin Trampı öldürmək üçün hazırladığı sui-qəsdin yeni detallarını üzə çıxardı

ABŞ

ABŞ senatoru İran hökumətinin Trampı öldürmək üçün hazırladığı sui-qəsdin yeni detallarını üzə çıxardı.Dünən Respublikaçı senator Çak Qrasli İran hökumətinin keçmiş ABŞ prezidenti Donald Trampa və digər dövlər rəsmilərinə sui-qəsd planı haqda FTB-dən əldə etdiyi məlumatları açıqlayıb. Bildirilib ki, İran hökuməti bir sıra siyasətçiləri, hərbçiləri, o cümlədən ABŞ-nin keçmiş və indiki prezidentləri Donald Tramp və Co Baydeni hədəfə almaq üçün planlar hazırlayıb. Qraslinin sözlərinə görə, ABŞ rəsmilərini, habelə Trampı öldürməkdə günahlandırılan Pakistan vətəndaşı Asəf Mərçənt adlı şəxs İranın gizli planlarını ifşa edib. O, bildirib ki, İran hökuməti SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin qətlinə görə Trampdan qisas almaq istəyib. Qeyd olunub ki, Pakistan vətəndaşı FTB-nin gizli agentləri olan şəxslərə qatil adı ilə 5 min dollar pul ödəyib. O, rutularkən deyib ki, Mehrdad Yusif adlı iranlı şəxsdən göstərişlər alıb və hədəfin kim olduğunu o, deyib. Eltun Məmmədov

Diqqət Çəkənlər

İnternetdən pul qazanmağın yolları

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Türkiyədə qadınların görüntülərini çəkən iranlı həbs olundu

Seçilən
128
50
ulusum.az

10Mənbələr