AZ

“Araz Market” məhkəməyə verildi: Müştəriləri aldadıb?

“Araz Supermarket” MMC məhkəməyə verilib. 

Hurriyyet.az xəbər verir ki, supermarketlər şəbəkəsi istehlakçı hüquqlarını pozub. Belə ki, MMC İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaların əleyhinə olan 447.0.1-ci maddəsini pozub. 

Bu maddə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı qayda pozuntusunu özündə ehtiva edir. 

İnzibati xəta ilə bağlı işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılır.  İş hakim Elçin Ağayevin icraatına verilib. Növbəti məhkəmə iclası sentyabr ayının 16-na təyin edilib.

Seçilən
104
29
hurriyyet.az

10Mənbələr