AZ

"Al Market" MMC  6 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR

“Al Market” MMC ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Anar İbadzadənin icraatındadır.

Qeyd edək ki, "Al Market" barəsində daha öncə həmin məcəllənin 271-ci, 485.2-ci, 518,1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilib.

Seçilən
100
29
fed.az

10Mənbələr