AZ

Kobaxidze: Prezident seçki nəticələrini tanımayacaq!

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini birmənalı olaraq tanımır və onları qeyri-legitim adlandıracaq.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib. “Bu, hazırlanmış ssenaridir. Mən sizi indidən əmin edə bilərəm ki, Zurabişvili bunu deyəcək”, - deyə Kobaxidze vurğulayıb.

Kobaxidze əlavə edib ki, prezident bununla müxalifət partiyalarının sifarişini yerinə yetirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
buta.tv

4Mənbələr