Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini birmənalı olaraq tanımır və onları qeyri-legitim adlandıracaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində bildirib.
"Bu, hazırlanmış ssenaridir. Mən sizi indidən əmin edə bilərəm ki, Zurabişvili bunu deyəcək", - deyə Kobaxidze vurğulayıb.
Kobaxidze əlavə edib ki, prezident bununla müxalifət partiyalarının sifarişini yerinə yetirəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun