Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.
Viral.az–ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.
“Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik”, – deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.
“Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, “Minasız Afrika” tədbirləri keçirəcək”, – ÇXR sədri əlavə edib.
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }