Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.Elchi.az – ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.“Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik”, – deyə o bildirib.Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.“Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, “Minasız Afrika” tədbirləri keçirəcək”, – ÇXR sədri əlavə edib.Havar Şəfiyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta