"Qalatasaray" futbolçusu Serjiu Oliveyra ilə yolları ayırıb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, 32 yaşlı oyunçu 2022-ci ilin iyulunda "Qalatasaray"a transfer olunmuşdu. O, İstanbul təmsilçisinin heyətində 58 matçda 6 qol vurub, 7 qolun ötürməsini verib.