AZ

Münhendə İsrailin Baş Konsulluğu qarşısında atışma: Helikopter cəlb olundu

Münhenin mərkəzindəki İsrail Baş Konsulluğu qarşısında atışma səsləri eşidilir, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Focus-online” internet nəşri məlumat yayıb.

Hadisə yerində polisin xüsusi təyinatlıları və snayperləri var, helikopter də cəlb olunub.
Sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin silahlılarının Olimpiya kəndinə girərək iki nəfəri öldürdüyü və İsrail komandasının doqquz üzvünü girov götürdüyü terror aktının ildönümüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
ucnoqta.az

2Mənbələr