AZ

Münhendə İsrailin Baş Konsulluğu qarşısında atəş AÇILDI

Münhenin mərkəzindəki İsrail Baş Konsulluğu qarşısında atışma səsləri eşidilir, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə "Focus-online" nəşri məlumat yayıb.

Hadisə yerində polisin xüsusi təyinatlıları və snayperləri var, helikopter də cəlb olunub. Münhen qəzetinin xəbərinə görə, şahidlər atışma və qışqırıqlar eşidib: “Qaç!”

Sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin yaraqlılarının Olimpiya kəndinə girərək iki nəfəri öldürdüyü və İsrail komandasının doqquz üzvünü girov götürdüyü terror aktının ildönümüdür.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
redaktor.az

2Mənbələr