AZ

AFFA Premyer Liqanın bu klublarını cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərarlar verilib.
 
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.
 
“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat ziyana düşüb.
 
“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimələnib.
 
“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq olunub.
 
Seçilən
97
5
moderator.az

9Mənbələr