Türkiyəli məşhur sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, məhkəmə onun istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur.
Xatırladaq ki, avqustun 19-da da Dilan Polat şərti olaraq azadlığa buraxılıb.