Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunan türk fenomen Dilan Polatdan sonra həyat yoldaşı Engin Polat da azadlığa buraxılıb.
Sfera.az-ın məlumatına görə, Enginin həbsxanadan çıxan zaman çəkilən görüntüləri sosial şəbəkədə yayılıb. O, müsahibəsi zamanı "Çox xoşbəxtəm, ailəmə, uşaqlarıma qovuşdum" deyə, söyləyib.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib. Məhkəmənin digər bir qərarı ilə 4 şübhəli - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün də azadlığa buraxılıb.