Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yollarının” QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.
Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.
Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.
Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb.